Daşkəsəndə döyülmə faktı qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Kənd sakinləri, 1974-cü il təvəllüdlü İbad Tağıyev və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rübabə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya müraciət ediblər. Onlara tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Məlumata görə, İ. Tağıyevlə qardaşı oğlanları və qardaşının kürəkəni arasında münaqişə yaranıb və dava zamanı onlar İbad və onun həyat yoldaşına xəsarətlər yetiriblər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.