Ukraynada məşhur model sosial şəbəkədə canlı yayım edib avtomobili ilə qəzaya düşərək rəfiqəsilə birlikdə dünyasın dəyişib.

Unikal.org xəbər verir ki, Ukraynada Sofia Magerko (16) və Dasha Medvedeva (24) adlı rəfiqə qızlar spirtli içki qəbul ediblər. Daha sonra avtomobili ilə gəzintiyə çıxmağa qərar verən rəfiqə qızlar maşını həddindən artıq sürətlə idarə ediblər. Xarkov şəhərində BMW markalı avtomobil ilə yoldakı bir küçə lampasına dəyən Magerko və rəfiqəsi Medvedeva həyatını itirib.

Qeyd edək ki, Magerko doğulduğu Izyum şəhərində gözəllik yarışmasında birinci olub.

Eyni zamanda "vlogger" olan gözəllik kraliçasının ölmədən əvvəl canlı yayım etdiyi də ortaya çıxıb. Hadisə ictimai mediada böyük əks-səda yaradıb, Ukrayna polisi hadisə ilə əlaqədar istintaqa başlayıb.