Qadın Azərbaycanla Rusiyanın sərhədini avtomobilin yük yerində keçdi.

Dağıstanda baş vermiş qeyri-adi hadisənin şahidlərindən həmin hadisəni mobil telefonunun yaddaşına köçürüb və sonradan YouTube videohostinqində paylaşıb.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, görüntülər Dağıstanın cənubunda - böyük ehtimalla Azərbaycanla Rusiyanın sərhədində qeydı alınıb.

Yaşlı qadın sərhəd postunu "Lada Priora avtomobilinin yük yerində keçib. Yol hərəkəti qaydalarının aşkar pozuntusuna baxmayaraq, mənbənin bildirdiyinə görə, Rusiya sərhədçiləri baş verənlərə müşahidəçi qalıb və sənədləri yoxladıqdan sonra şlaqbaumu qaldıraraq avtomobilin hərəkətinə davam etməsinə şərait yaradıblar.