İki gün əvvəl toyları olan aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit bu gün İnstaqramda romantik paylaşımlar ediblər.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Evcen toydan foto paylaşaraq yazıb:

"Tamamlayıcım, qəhrəmanım, dünyam... Səninlə böyümək, səninlə bütünləşmək, səninlə sonsuza qədər "Hə" demək... İndi hər şey tamdır... Nə yaxşı ki".

Burak isə fotonu ürək işarəsi ilə paylaşıb.