Çində "İnciçi qardaş"(Pearl Bro) adıyla tanınan Xinda Zhan canlı yayım zamanıgölməçədən mirvari çıxarıb sataraq milyoner olub.

Unikal.org xəbər verir ki, 25 yaşlı Xinda anasıyla birlikdə şirin su hövzəsindən mirvari toplayıb canlı yayım vasitəsi ilə müştərilərə satırlar.

Xinda Çində sosial şəbəkələr vasitəsi ilə canlı yayım imkanından istifadə edərək satış edən on minlərlə adamdan biridir. Bu sektorun dəyəri isə 3 milyard dolları keçir.