Müğənni İrem Dericinin sevgilisi Lider Şahindən ayrılma səbəbi bəlli olub.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni sevgilsinin xəyanəti ilə üzləşib. Liderin telefonunda başqa qadınla yazışmalarını görən İrem onunla mübahisəyə başlayıb.

Dava ilə qurtaran mübahisədən sonra Lider ailəsinin yanına gedib. Dericinin Şahini evindən qovduğu da deyilir. Üstləlik İrem onun menecerliyini edən Liderə verdiyi ofisi geri almaq üçün məhkəməyə də müraciət edib.

Qeyd edək ki, Lider Şahin müğənni Selami Şahinin oğludur.