"Kurtlar vadisində canlandırdığı Polad Alemdar obrazı ilə tanınan Necati Şaşmaz ikinci dəfə ata olub.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun oğlu dünyaya gəlib. Ona Yusif Emir adı qoyulub.

Qeyd edək ki, Necati Nagehan Şaşmazla 2012-ci ildə ailə həyat qurub. Cütlüyün ilk oğlu 2013-cü ildə dünyaya gəlib.