"Malaga" Madrid "Real"ının daha bir yetirməsini transfer edib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Əndəlus klubu 29 yaşlı Adrian Qonzalezlə 2020-ci ilin yayına kimi müqavilə imzalayıb. Son olaraq "Eibar"da çıxış etmiş yarımmüdafiəçi "Malaga"ya azad agent kimi keçib. O, karyerası ərzində "Getafe", "Racing Santander", "Rayo Vallecano" və "Elce"nin də şərəfini qoruyub. "Malaga" bu yay "Real" futbol məktəbinin digər məzunu Diyeqo Lyorenteni də heyətinə cəlb etmişdi.