Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək "Qarabağ" bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Danimarka "Brondbü"sü ilə üz-üzə gəlcəkək. "Qarabağ" əvvəlki hazırlıq oyunlarında Rusiya "Axmat"ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub.

Hazırlıq oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Brondbü" (Danimarka)