"Qarabağ" transfer etməyə hazırlaşdığı Yakub Rzejniçak Polşanın "Legiya" klubunun tarixinin kubok baxımından ən məhsuldar futbolçusudur.

Unikal.org Qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı polşalı mərkəz müdafiəçisinin hesabında 12 kubok var. O, 5 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun və 1 dəfə də superkubokun qalibi olub.

Polşa mətbuatının yazdığına görə, Rzejniçak artıq ölkəsini tərk edərək "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışına yollanıb. Tərəflərin razılığa gəldiyi və təcrübəli futbolçu ilə 2 illik müqavilə imzalandıqdan sonra transferin rəsmən açıqlanacağı bildirilir.