Bakıda atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və snayperlərin sayı açıqlanıb. 

Unikal.org-un məlumatına görə, 25 m, 50 m, 300 m məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə atıcıların qatılacağı yarışa 43 ölkənin yığması qatılacaq.

İyulun 21-dən avqustun 4-dək olacaq çempionatda 932 snayper dəqiqliyini yoxlayacaq. Onlar arasında yeniyetmələr də olacaqlar ki, həmin idmançılar Yeniyetmələrin Olimpiya Festivalına lisenziya üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionat Bakı Atıcılıq Mərkəzində olacaq.