Aparıcı Xoşqədəm Hidayətqızı makiyajsız halda İnstaqram-ın canlı yayımına girib.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, aparıcı izləyicilərinin suallarını cavablandırıb. X.Hidayətqızı makiyajsız olmasının səbəbindən danışıb.

O bildirib ki, yayada makiyaj etməyi sevmir:

"Makiyajı ancaq efir üçün edirəm. İşıqlara görə buna məcburam. Salonda çox vaxt keçirməyi xoşlamıram. Makiyaj dərini qocaldır, çalışın az istifadə edin.

Baxımlı olmaq mənim üçün idmana getmək, sağlam qidalanmaq, vaxtında yatıb-durmaq, su içməkdir.

Yayda saçlarıma fen də vurmuram. Ancaq hörüklər edirəm. Ötən yay bu üsulu sınadım, saçlarım çox uzandı".