"WhatsApp messencerində yeni faydalı funksiyalar istifadəyə verilir.
Mobil proqramın lokallaşdırılmasına həsr edilmiş səhifədə "Night Mode (gecə rejimi) sorğu meydana çıxıb.

Unikal.org xəbər verir ki, bu, gecə vaxtı gözə yüklənməni azaltmaq üçün proqramın interfeysini dəyişdirən gecə rejimi deyil. İndiki halda "Night Mode rejimi kameranın işinin təkmilləşdirilməsi və zəif işıqlanma şəraitində çəkilmiş şəkillərin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Bu funksiya, həmçinin videozənglərdə dəstəklənə bilər.

Tərcümə üçün sorğu "iPhone üçün nəzərdə tutulub. Ona görə yeni funksiya, çox güman ki, əvvəlcə "iOS sistemində, bundan sonra isə "Android sistemində əlçatan olacaq.