Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunaraq Bakıya qayıdıb.

Unikal.org xəbər verir ki, xalq artisti APA-ya bildirib ki, bağırsağında aparılan növbəti əməliyyatdan sonra özünü normal hiss edir: "Bakıda bir müddət xəstəxanada müalicə alandan sonra müayinə üçün Türkiyəyə getməyi məsləhət gördülər. İstanbulda müayinədən keçdim. Həkimlər əməliyyat olunmağımı vacib bildilər. Bakıya qayıtmışam, müalicələr, müayinələr mütəmadi davam etdirilməlidir. Həkim nəzarətində olmağım vacibdir ki, digər fəsadlar çıxmasın.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.