Sosial siyasətdə Heydər Əliyev Fondunun cızdığı yol

04 Iyul 2017 [09:19]


Azərbaycanda sosial qayğıya ehtiyacı olan vətəndaşların, aztəminatlı ailələrin, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət göstərən əsas qurumlardan biri də Heydər Əliyev Fondudur.

Bu günə kimi bu istiqamətdə dəfələrlə sosial layihələr icra olunub, tədbirlər həyata keçirilib. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum olan uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.
Fonddan "Unikal”a verilən məlumata görə, uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər."CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra "Spark” animasiya filmini izləyiblər.Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da növbəti dəfə Talassemiya Mərkəzində olub, burada müalicə alanlarla görüşüb.Leyla Əliyeva Talassemiya Mərkəzində irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən həm xəstə uşaqlar, həm də onların valideynləri ilə görüşüb.Mütəmadi olaraq Talassemiya Mərkəzinə baş çəkən Heydər Əliyev Fondunun vitse-prezidenti bu dəfə də bu tibb müəssisəsində müalicə alan uşaqların yanına əlidolu gəlib. Leyla Əliyevanın adından Mərkəzə zəruri tibb avadanlıq, kompüterlər və avtomobil hədiyyə edilib. Mərkəzdə müalicə alanlarla və onların valideynləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət edib, talassemiyalı uşaqların səhhəti ilə maraqlanıb.Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov Fondun Talassemiya Mərkəzinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirib. Mərkəzin direktoru Valeh Hüseynov tibb müəssisəsində xəstələrin müalicəsinin ən yüksək səviyyədə aparıldığını, onların lazımi dərman preparatları ilə təmin olunduğunu qeyd edib.

Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqlara hədiyyələr təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin sümük iliyinin transplantasiyası şöbəsində də olub, burada həkimlərin ciddi nəzarəti altında müalicə alan uşaqlarla maraqlanıb. Leyla Əliyevaya şöbədə aparılan diaqnoz və müalicə üsulları barədə məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti xəstələrin müalicəsi üçün bundan sonra da lazımi addımların atılacağını bildirib və uşaqların tezliklə sağalacağına əminliyini ifadə edib.Onu da nəzərər çatdıraq ki, Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar olub.Uşaq evinin sakinləri bu məkanda yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər. Leyla Əliyeva şən musiqi nömrələrinin sədaları altında uşaqlarla birgə rəqs etdi. Bir-birindən maraqlı musiqi nömrələrinin ifa olunduğu tədbirin yaddaqalan məqamlarından biri də hamının birgə yallı getməsi oldu.Çay süfrəsi arxasında davam edən tədbirdə Leyla Əliyeva uşaqlarla söhbət etdi, onların bu şənliklə bağlı fikirləri ilə maraqlandı, xatirə şəkli çəkdirdi.
1 saylı uşaq evinin 120 sakini var. Burada 3 yaşdan 18 yaşadək uşaqlar yaşayır, təhsil və tərbiyə alırlar. Bu düşərgə Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə inşa olunub, 2013-cü ildə əsaslı təmir edilib, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa olunub, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan verir.

Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Paytaxtımızın Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin fəaliyyəti də Fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir.Şənliyin sonunda uşaqlara və yay düşərgəsinə hədiyyələr təqdim edildi.


Fondun tədbirləri bununla bitmir. Belə ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində keçirilən budəfəki tədbirdə Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 200-dən çox uşaq iştirak edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, fərqlənən itirakçılara hədiyyələr təqdim olunub.İncəsənət ustalarının çıxışları, uşaqlar üçün hazırlanmış şoular tədbirə qatılan azyaşlı və yeniyetmələrin marağına səbəb olub.

Uşaqlar da bu tədbir üçün hazırladıqları proqramları təqdim edib. Belə ki, daun sindromlu uşaqların rəqs nömrəsi alqışlarla qarşılanıb.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir iştirakçıları ilə birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.Şənliyin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə qayğısı ilə əhatə olunması və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili Heydər Əliyev Fondunun əsas prioritet istiqamətlərindəndir. Bununla əlaqədar Fond mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evləri və internat məktəblərində olur, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkir, onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının həll olunmasında yaxından iştirak edir.
Silsilə tədbirlərdən biri də Ramazan bayramı ərəfəsində baş tutub. Belə ki, Nəsimi rayonunda aztəminatlı ailələrlə görüş keçirilib və Heydər Əliyev Fondu tərəfindən bayram sovqatları paylanılıb.
Heydər Əliyev Fondunun dəstəyi, Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində keçirilən tədbirdə, ilk növbədə, yardıma ehtiyacı olanlara – şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, rayonda məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsizlərə, ümumilikdə min ailəyə ərzaq bağlamaları paylanılıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu söyləyib.Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, Fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib.Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibətilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Maraqlısı odur ki, Heydər Əliyev Fondu sosial layihələrini ölkə hüdudlarından kənarda da həyata keçirir. Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub. Bu aksiya bölgənin dörd yüzdən çox yoxsul ailəsini əhatə edib.
Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, Assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə səfir Əli Əlizadə çıxış edərək Azərbaycan və Pakistan xalqlarını bir-birinə yaxınlaşdıran dini etiqad və ortaq dəyərlərin olduğunu, xalqlarımızın bir-birinin sevincini və kədərini birgə bölüşdüyünü diqqətə çatdırıb. Səfir Azərbaycanla Pakistan arasında əlaqələrin bütün sahələrdə olduğu kimi humanitar-sosial sahədə də inkişaf etdiyini, bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunu qeyd edib, Fond tərəfindən Pakistanda bir sıra humanitar-sosial yönümlü layihələrin həyata keçirildiyini vurğulayıb.

Ə.Əlizadə Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətinin 2005-ci ildə Müzəffərabad şəhərində qızlar məktəbinin tikintisi ilə başlandığını xatırladaraq, ötən on iki il ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə, ekologiya, sosial və digər sahələrdə layihələr həyata keçirdiyini deyib. Səfir bu layihələrin iki ölkənin xalqları arasında əlaqələrin, dostluq və həmrəyliyin möhkəmlənməsinə öz tövhəsini verdiyini qeyd edib. Fond tərəfindən Ramazan ayı münasibəti ilə yardım bağlamalarının və sovqatların təqdim olunmasının da bu amala xidmət etdiyini vurğulayıb.
Ə.Əlizadə Abbotabad bölgəsinin əhalisini Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Ramazan ayı münasibətilə təbrik edərək, Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasiyə və digər iştirakçılara təqdim etmə aksiyasına qoşulmalarına görə təşəkkürünü çatdırıb.Tədbirdə çıxış edən Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasi iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür layihələrin xalqlar arasındakı münasibətlərin istiləşməsinə xidmət etdiyini bildirib.Azərbaycana bu il səfərini xatırladan assambleya sədrinin müavini Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi layihələr haqqında məlumat verərək, Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığının şahidi olduğunu, bunun Pakistan üçün də fəxr olduğunu vurğulayıb. Keçirilən humanitar-sosial yönümlü layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdıran Pakistanın Milli Assambleyası sədrinin müavini, Ramazan sovqatlarının təqdim olunmasının Abbotabad bölgəsinin yerli əhaləsinin sevincinə səbəb olmaqla yanaşı, onlara mənəvi dəstək olduğunu da bildirib.

Z.Məmmədli
Hesen











SON XƏBƏRLƏR davamı
2017-12-14










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)