ATV-də yayımlanan "Yoxlama" verilişi bu dəfəki buraxılışında Lənkəranda olub.

Unikal.org-un məlumatına görə, Azər İsmayılovun aparıcılığı ilə yayımlanan verilişin bu dəfə ki yoxlamalarından biri Lənkərandakı "Dörd fəsil" restoranı olub. Verilişin çəkiliş qrupu restoranda olub və oradakı vəziyyətlə tanış olublar.

Restoranın mətbəxində Azərin qarşılaşdığı antisanitar şərait onu təəccübləndirib. Soyuducu və şkaflardakı çirk, həmçinin böcək və hörümçəklərin olması komandanın diqqətindən yayınmayıb.