Qayda pozan sürücülərə qarşı reydlər davam edir.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, bu dəfə qaydaları pozan avtobus sürücüsüdür.

Bəli buna təəccüblənmədiyinizi bilirik. Çünki özlərini xüsusi imtiyazlı hesab edən bəzi avtobus sürücüləri qaydaları pozmağa adət ediblər. Elə 67 saylı marşrutun sürücüsü kimi. 90 VH 292 dövlət nömrə nişanlı, 67 saylı marşrut avtobusun sürücüsü qarşı yola çıxaraq avtomobillərin yolunu kəsir. Avtomobil sürücüləri isə onu öz yoluna çıxmaq üçün digər avtomobilləri sıxışdırmasını gözləməli olurlar.