17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Unikal.org-un AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Estoniyada təşkil olunan UEFA İnkişaf Turnirində ilk matçına çıxıb.

Komandamız ilk qarşılaşmada Malta ilə görüşüb. Sonuncular bu matçda 2:1 hesablı qələbə qazanıb. Oyunda ilk qolu futbolçularımız vursa da, üstünlüyünü qoruya bilməyib.

İlk turun digər matçında Finlandiya Estoniyadan güclü olub - 6:0.

Qeyd edək ki, millimiz turnirdəki növbəti matçını meydan sahiblərinə qarşı keçirəcək.