Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Bakının mərkəzində keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, "Retro Bakı" layihəsi şəhər sakinləri və şəhərin qonaqlarına həftə sonu istirahətlərinin maraqlı keçməsi məqsədi ilə təşkil olunur. 

Konsert proqramının saat 18:00-da Fəvvarələr Meydanında keçirilməsi planlaşdırılırdı.

Tədbirin hansı səbəbdən təxirə salındığı bildirilməyib.