Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 13-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin martında baş verib.

Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytardığı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.

Bundan sonra N. Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ. Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

İ. Ağayeva hadisə yerində ölüb, R. Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Onu xilas etmək mümkün olub.