Masallı rayonunun Kəlbəhüseynli kəndindəki "Qala stadionunda iyunun 10-dan iyulun 7-dək davam edən Milli Qəhrəmanlar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi başa çatıb.

Unikal.org xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda qələbə uğrunda mübarizə aparıb.

Rayon birinciliyinin finalında bütün oyunları uğurla başa vuran Çaxırlı kəndinin "Qala komandası və Binə Xocavar kəndinin "Binə-1 komandası qarşılaşıblar.

"Qala komandası rəqibini 6:1 hesabı ilə məğlub edərək yarışın qalibi olub.