UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Zirə ilə qarşılaşacaq "Astra yoxlama oyunu keçirib. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, təmsilçimizlə matçdan öncə son sınaqda Ciurciu təmsilçisi Rumıniya liqasının aşağı dəstəsində çıxış edən "Snaqovla qarşılaşıb.

Görüş "Astranın 8:0 hesablı darmadağını ilə yekunlaşıb.

Qeyd edək ki, "Astra ilə "Zirə arasındakı ilk oyun iyulun 12-də Rumıniyada baş tutacaq.