"Tuluza "Arsenalın hücumçusu Yaya Sanoqonu transfer edib. 

Unikal.org-un Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər 2020-ci ilə qədər müqavilə imzalayıblar. 24 yaşlı fransız futbolçu 4 illik fasilədən sonra yenidən ölkəsində oynamaq şansı qazanıb.

Qeyd edək ki, "Oserin yetirməsi olan Sanoqo 2009-2013-cü illər aralığında məhz doğma klubunda forma geyinib. 2013-cü ildə isə "Arsenal" onu rənglərinə bağlayıb. Lakin London təmsilçisi 2015 və 2016-cı illərdə onu "Kristal Pelas", "Ayaks" və "Çarlton Atletik"ə icarəyə verib.