"Everton yetirməsi və keçmiş oyunçusu Ueyn Runinin transferini reallaşdırıb.

Unikal.org-un məlumatına görə, mersisaydlılar futbolçu ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib.
"Mançester Yunaytedlə müqaviləsi 2019-cu ildə sona çatmalı olan Runi yetirməsi olduğu klubuna dönmək üçün sona qədər gözləməyib.
31 yaşındakı futbolçu 2004-cü ildə keçdiyi "qırmızı şeytanların heyətində 13 il eçirib və 14 kubok qazanıb.
Qeyd edək ki, İngiltərə milli komandasında da çıxış edən Runi milli ilə 119 oyunda meydana çıxıb.