Fransa millisinin sabiq üzvü Anri Lionel Messinin "Barselona" ilə yeni müqavilə imzalamasına maraqlı şəkildə münasibət bildirib.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, veteran forvard argentinalı ulduzla bağlı belə müqayisə aparıb:

"Barselona" üçün Messi Mono Liza kimi əvəzolunmazdır. Luvrdakı əsəri də əvəzləmək qeyri-mümkündür. Həmçinin, Leonu da Kataloniyada heç bir futbolçu əvəzləyə bilməz".

Qeyd edək ki, "Barselona" ilə müqaviləsini 2021-ci ilə kimi yeniləyən Messi Anri ilə 2007-2010-cu illərdə birgə çıxış edib.