"İndiana Cons: Kristal Kəllə Krallığı", "Mən Robotam", "Transformers" filmlərində rol alan ABŞ-lı aktyor Şia LaBeouf,Corcia ştatının Savannah şəhərində ictimai asayişi pozduğu üçün nəzarət altına alınıb.

Unikal.org  Sabah-a istinadən xəbər verir ki, aktyor bir nəfərdən və bir polis məmurundan siqaret istəyib, rədd edilincə söyüş söyüb.

Nəzarətə götürülən 32 yaşlı aktyor 7 min dollar pul cəzası ilə sərbəst buraxılıb.

Məşhur aktyor həbs olundu - FOTO