Gədəbəydə avtomobil piyadanı vurub.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 9-da saat 19 radələrində Gədəbəy rayonunun Yenikənd kəndində Nicat Şirinov evinin həyətində "VAZ-2106" markalı avtomobili idarə edərkən ehtiyatsızlıqdan həmkəndlisi Tərlan İbrahimovanı vurub. Xəstəxanaya yerləşdirilən T. İbrahimova orada ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.