Bakıda qətl hadisəsi baş verib.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, hadisə parytaxtın Nərimanov rayonunda baş verib. Rayon ərazisində mənzillərdən birindən meyit tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyit ev sahibi, Viktor adlı şəxsə məxsusdur. Naməlum şəxslər onun əllərini bağlayaraq baş nahiyəsindən küt alətlə zərbələr endirməklə qətlə yetirib və hadisə yerindən qaçıblar.

Araşdırmalar zamanı məlum olub ki, qətl hadisəsi bir neçə gün öncə baş verib.

Məlumata görə, qətlə yetirilən şəxs keçmiş neftçidir.

Qətlin hansı məqsədlə kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.