Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə yaradılan bulaq-kompleks sökülüb, yerində "Qarabağ adlı kababxana-pivəxana açılıb. Obyektdə, eyni zamanda, mal əti satışı da həyata keçirilir.

Unikal.org "Reporta istinadən xəbər verir ki, sözügedən ərazi Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə göprə, tikinti işinin aparılması ilə bağlı dəfələrlə irad bildirilməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyib, onlarla aqressiv davranıblar.
Yasamal rayon icra hakimiyyətindən bildirilib ki, hazırda bu məsələnin araşdırılmasına başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Şəhidadının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 3.1.4.bəndində bildirilir ki, Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunması dövlət tərəfindən təşkil edilir.