"Sumqayıt Premyer Liqanın 2017-18 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək. 

Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, "gənclik şəhəri təmsilçisi Türkiyəyə yollanacaq.

Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq.
"Sumqayıt qonşu ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ bilinmir. Komanda Bolunun "VON Resort Hotelində məskunlaşacaq.