Bu gün "Qarabağ Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxışa başlayır.

Unikal.org-un məlumatına görə, Gürcüstan təmsilçisi "Samtredianı doğma meydanda qəbul edən ağdamlılara azarkeş dəstəyi xeylidir.

Klubun rəsmi səhifəsindən verilən məlumata görə, artıq 15 mindən artıq bilet satılıb. Oyuna böyük maraq var. Qarşılaşmanın başlayacağı saatadək bilet satışının daha da çoxalacağı gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti 21:00-da çalınacaq. Matçı Türkiyədən olan hakimlər briqadası idarə edəcək.