Ermənistanda Azərbaycandan gətirilən konfetlər satılır.

Unikal.org Qaynarinfo.az-a istinadən xəbər verir ki, erməni jurnalist Narinə Avetisyan Azərbaycandan gətirilən şirniyyatın Vanadzor şəhərinin mərkəzi bazarında satıldığı ilə bağlı məlumat yayıb.

Onun sözlərinə görə, qonaqlıqların birində ona Azərbaycan konfetləri təklif edilib. Jurnalist konfetlərin haradan alındığı ilə maraqlandıqda ona mərkəzi bazarı göstəriblər.

Jurnalist araşdırma zamanı müəyyən edib ki, Vanadzor şəhərinin mərkəzi bazarında Azərbaycan konfetləri satılaraq qutarıb.

Qeyd edək ki, artıq bir-neçə aydır Ermənistanın dövlət qurumları Azərbaycan istehsalı olan məhsulların ölkəyə daxil olması ilə bağlı araşdırma apardığını bəyan ediblər.