"Ulyanovsk avtomobil zavodu" MMC Rusiyada 11 mindən çox avtomobili geri çağırıb.

Unikal.org-un məlumatına görə, qərar sükanın hidrogücləndiricisi ilə bağlı qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə istehsal olunmuş UAZ "Hanter" modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.