Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İlya Eloşvilini energetika naziri təyin edib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, İlya Eloşvili keçmiş energetika naziri Kaxa Kaladzenin müavini olub.
Qeyd edək ki, Kaxa Kaladze hakim "Gürcü Arzusu" partiyasından Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürüldüyünə görə nazir postundan istefa verib. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilun oktyabr ayında keçiriləcək.