"Kəpəz mövsüm öncəsi hazırlıq mərhələsinin ikinci hissəsini Türkiyədə keçirəcək. 

Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, iyulun 15-dən 25-nə kimi Ərzurumda təlim-məşq toplanışında olacaq "sarı-göylər 3 yoxlama oyununa çıxacaq.
Yoldaşlıq matçlarının təşkili ilə məşğul olan menecerlər tərəfindən Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar "Samsunspor, "Ərzurumspor, "Hatayspor, "Karacabəyspor, "Urfaspor, "Ankaragücü və "Elazığspordu.
"Kəpəzin məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edib.