Bu mövsüm Türkiyə Super Liqasında gümüş medal qazanan İstanbul təmsilçisi "Başakşehir"in gənc, hücumameylli yarımmüdafiəçisi və milli üzvü Cengiz Ünder İtaliya nəhənglərindən olan "Roma"ya transfer edilib.

Unikal.org xəbər verir ki, bu haqda məlumatı SkySport telekanalının müxbiri Di Marzio verib. Di Marzionun xəbərinə görə, "Roma" Cengizin transferi üçün İstanbul klubuna 13 milyon avro ödəyəcək.

19 yaşlı gənc ulduz isə 5 illik anlaşdığı İtaliya nəhəngindən ilinə 1.5 milyon avro qazanacaq.