Nyu-York şəhərinin meri Bill de Blazio siçanlarla mübarizə üçün 32 milyon dollar vəsait ayırıb.

Unikal.org-un məlumatına görə, yaxın vaxtlarda küçələrdə zibil qablarının dəmir konteynerlərinə dəyişdirilməsi prosesi başlanılacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl Nyu-York şəhərinin rəhbərliyi bir nəfərin siçanlardan keçən nadir xəstəlikdən öldüyünü bildirmişdi.

Müvafiq qurumun verdiyi məlumata görə, Nyu-Yorkda 2 milyondan çox siçan var.