"Borussia Dortmund" Sindzi Kaqavanın müqaviləsini uzadıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, yapon futbolçu 2020-ci ilə kimi dortmund klubunun formasını geyinəcək. Onun əvvəlki müqaviləsi 2018-ci ilin yayında başa çatırdı.

Kaqava 2010-cu ildə "Borussia"nın heyətinə cəlb olunub. Onun Avrokuboklarda debüt matçı "Qarabağ"la oyuna təsadüf etmişdi. Həmin qarşılaşmada dubla imza atan yarımmüdafiəçi komandasının qələbəsində əsas pay sahibi olmuşdu. Geridə qalan mövsümdə 28 yaşlı havbek 21 Bundesliqa oyununda meydana çıxaraq aktivinə 1 qol, 6 məhsuldar ötürmə yazdırmışdı.