"Yeni mövsümə qələbə ilə başladığımız üçün şadam. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, bunu "Astranın baş məşqçisi Edvard Yordanesku deyib.

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan Rumıniya təmsilçisi evdə qarşılaşdıqları "Zirə üzərində 3:1 hesablı qələbə qazanıb.
Qarşılaşmanı dəyərləndirən "Astranın çalışdırıcısı layiqli qələbə qazandıqlarını bildirib: "Rəqib bu oyuna qədər iki rəsmi matçda iştirak etmişdi. Bu da onların heyəti formalaşdırmağına kömək olmuşdu. Biz isə yalnız heyəti formalaşdırmaqla məşğul idik. Belə axmaq qol buraxmağımızı istəməzdim. Buna baxmayaraq, 3 qol vurduq və mərhələ keçmək üçün çox vacib addım atdıq. Ən vacibi o idi ki, qələbə ilə başlayaq. Lakin onu da yaxşı başa düşürük ki, çətinliklər hələ irəlidədi. Şəxsən mən təminat verirəm ki, bu komanda daha da inkişaf edəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də "Dalğa Arenada baş tutacaq.