Bakıda klinikada tibb bacısını soyan şəxs həbs edilib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, iyulun 13-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən qadın tibb işçisi içərisində 500 manatı olan pulqabısının oğurlandığını bildirib. O, izahatında hadisənin müalicə olunmaq adı ilə müraciət etmiş bir nəfərin otaqda tək qaldığı vaxt ərzində baş verdiyindən şübhələndiyini bildirib.
39-cu Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu qısa müddətdə həyata keçirdikləri zəruri tədbirlərlə həmin şəxsin xarici görünüşünü müəyyən ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxs yaxınlıqdakı parklardan birində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyev olması müəyyən edilib.
Tutarlı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral ayında rayon ərazisindəki rabitə müəssisələrindən birindən eyni yolla oğurluq etməsi də müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.