Çində ailə münaqişəsi zəminində ər həyat yoldaşını eyvandan atıb.

Unikal.org-un məlumatına görə, kişi əvvəlcə qadının telefonunu, sonra isə özünü eyvandan aşağı buraxıb.

Qeyd edilir ki, qısqanc ər arvadının telefonunda ona xəyanət etməsi barədə məlumat tapıb.

Xoşbəxtlikdən çəmənliyə düşən qadın sağ qalıb.

Polis hadisəni törədən şəxsi saxlayıb. Lakin qadın ərinə qarşı şikayət etməyəcəyini bildirib.