Yaşadığı əsrin ən böyük yazıçılarından biri olan Ceyn Ostinin 1812-ci ildə qələmə aldığı məktub London hərracında rekord qiymətə satılıb.

Unikal.org xəbər verir ki, yazıçının məktubunun son hərrac qiyməti 357 525 manat olub.

"Qürur və qərəz, "Northanger monastrı, "Emma əsərləri ilə məşhurlaşan C.Ostin məktubunda dövrün qadın yazıçılarını yazdıqları mövzulardan dolayı lağa qoyub və onların ünvanına alçaldıcı sözlər işlədib.