Havay adalarının paytaxtı Honolulu şəhərində 36 mərtəbəli binada yanğın baş verib.

Unikal.org Euronews-a istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər ölüb, ən azı 12 nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə yanğın 26-cı mərtəbədə başlayıb və sonra digər mərtəbələrə yayılıb.

Uzun sürən sonra müdaxilədən sonra yanğını söndürmək mümkün olub.