Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ Gürcüstan çempionu "Samtredianın qonağı olacaq.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytinda məlumat yayılıb.

Azarkeşlər iyulun 18-də "Boris Payçadze adına stadionunda keçiriləcək görüş "İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı izləyə biləcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ ilk matçda Bakıda "Samtredianı 5:0 hesabı ilə məğlub edib.