Yaponiya Sahil Mühafizəsinin bildiridiyinə görə, Çinin patrul gəmisi iki dəfə Yaponiyanın Kyuşu adasının şimal sahillərində bu ölkəyə məxsus ərazi sularına daxil olub. Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumatda patrul gəmisinin iyulun 15-də saat 11:50 dəqiqədə Naqasaki prefekturasının Tsuşima adasının cənub-qərbində Yaponiyanın ərazi sularına daxil olduğu bildirilir. Gəmi Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından 30 dəqiqə sonra həmin ərazini tərk edib.

Rəsmi nümayəndələrin bildirdiyinə görə, Sahil Mühafizəsi həmin gəmiyə xəbərdarlıq edərək onu nəzarət altına alıb.