Bu ilin mart ayında Xətai rayonunda yerləşən "Ailə TV kabel televiziyası xidmətinin ofisinə silahlı basqın edərək oranın gözətçisi Hüseyn Dünyamalıyevə xəsarət yetirib daha sonra içərisində 3560 manat olan seyfi, eləcə də gözətçinin mobil telefonunu və 150 manat pulunu aparan şəxslərdən daha biri tutulub. 

Unikal.org bildirir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Kambar Asif Ramiz oğlu Qazax rayonu ərazisində - "Qırmızı Körpü buraxılış məntəqəsindən qonşu ölkəyə keçmək istəyərkən tutulub.
Qeyd edək ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov daha əvvəl tutularaq istintaqa təhvil verilib.
Bildirilir ki, məlum cinayətlə bağlı daha bir nəfər də axtarışdadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.