Bakıda əcnəbi vətəndaşın motosikleti oğurlanıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, Əmirəli Firdovsi İsa oğlu polisə müraciət edərək bildirib ki, Hövsan qəsəbəsindəki evinin həyətindən oğurluq edilib. Onun sözlərinə görə, bu ilin martında ölkəni tərk edib və bu günlərdə geri qayıdarkən "Honda markalı motosikletinin həyətdən oğurlandığını görüb.

Müraciət əsasında araşdırma aparılır.