Xətai rayonundakı kafelərdən birində xuliqanlıq hadisəsi baş verib. 

Unikal.org lent.az-a istinadən bildirir ki, Həsənov Asif İsgəndər oğlu 34-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Məhəmməd Hadi küçəsi 136 ünvanında yerləşən kafedə Razim adlı tanışı onu döyərək xuliqanlıq edib.

Şikayətçi dava-dalaşın hansı səbəbdən baş verdiyini bildirməyib.
Araşdırma aparılır.