Sabunçu rayonunda yanğın baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib. Təcili Tibbi Yardım maşını yanıb. 

12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşınında yanğın başlayan zaman maşının içərisində xəstə və həkimlər olublar. Onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.