Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, videodan görünür ki, Rövşən Lənkəranski toyda dost-tanışları ilə rəqs edir.

17 il əvvəl çəkilən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İnsanların daha çox diqqətini "Qanuni oğrunun ədəb-ərkanla rəqs etməsi, ətrafındakı insanlara hörmətlə yanaşması çəkib.

Xatırladaq ki, 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində R.Lənkəranski otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011" dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Rövşən Lənkəranski hadisə yerində həyatını itirib.